“Türkiyə “Zeytun budağı” əməliyyatında 41 şəhid verib” – Ərdoğan

“Türkiyə “Zeytun budağı” əməliyyatında 41 şəhid verib” – Ərdoğan

"46 gündür, Suriyanın Afrin bölgəsində "Zeytun budağı” əməliyyatı həyata keçirilir. İndiyə qədər 700 kv.km ərazi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib, 2872 terrorçu zərərsizləşdirilib”.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin bu gün qrup toplantısında bildirib.

R. T. Ərdoğan deyib ki, "Zeytun budağı” əməliyyatında Türkiyə 41 şəhid verib, Azad Suriya Ordusunun isə 159 döyüşçüsü həlak olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az