Türkiyədə vurulan azərbaycanlı kapitanın görüntüləri yayıldı

Türkiyədə vurulan azərbaycanlı kapitanın görüntüləri yayıldı

Türkiyədə Qara dəniz sahillərində azərbaycanlı gəmi kapitanı bıçaqlanıb.

 Ordu şəhərində baş verən hadisə zamanı  Azərbaycan əsilli 38 yaşlı İsmayıl Səmədov Ukraynadan Trabzona kömür daşıyan Komor adalarına aid yük gəmisində dava zamanı bıçaqlanıb.

Missiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Fatsa limanı sahilindən 100 mil aralıda baş verib. Gəmidəki dava barədə Sahil Təhlükəsizlik Qaradəniz Komandanlığına məlumat verilib.

Hadisə ötən gün axşam baş versə də, hava şəraiti ilə bağlı olaraq yaralıya bu gün yardım göstərmək mümkün olub.

Samsun Hava limanından təcili yardım həkimləri helikopterlə gəmiyə göndəriliblər. İsmail Səmədov helikopterlə sahilə çıxarılıb. Azərbaycanlı kapitan təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Kapitan gəmidə davanın baş verdiyini təsdiqləməyib.

Gəmində ikinci kapitan işləyən İsmayıl Səmədov xəstəxanada polisə ifadəsində bədbəxt hadisə nəticəsində yaralandığını deyib. "Alma soymaq istəyirdim. Lakin dəniz dalğalı üçün özümü bıçaqladım".

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az