Türkiyədən bir milyard və gözəl qız istəmişdi - Sildi…

Türkiyədən bir milyard və gözəl qız istəmişdi - Sildi…
İsraili dəstəkləyən Uqanda ordusunun komandanı general Muhuzi Kayneruqaba sosial media hesablarında Türkiyə ilə bağlı bir neçə gün öncəki paylaşımını silib.

Bakupost.az xəbər verir ki, general yeni paylaşımında Türkiyəni çox sevdiyini bildirib.

"Türkiyədəki 86 milyon qardaş və bacımı sevirəm. Təhqirlərin mənim üçün əhəmiyyəti yoxdur. Türk xalqına Uqandadan sevgimizi göndəririk”, - general qeyd edib.

Qeyd edək ki, general Muhuzi Kayneruqaba bir neçə gün öncə Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını tələb etmişdi.

General Muhuzi Kayneruqaba həm də Uqanda Prezidenti Yoveri Kaquta Museveninin oğludur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az