Türkiyəli nazirlər Şuşaya gəlir – Mühüm tədbir

Türkiyəli nazirlər Şuşaya gəlir – Mühüm tədbir

Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Azərbaycana səfərə gəlir.

Miq.Az xəbər verir ki, o, sabah - iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək.

Ondan başqa tədbirə Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahid Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmayıl Böyükataman da qatılacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az