Türkiyənin İŞİD hesabatı - Azərbaycanın da adı var
Terrorçulara qoşulmaq üçün ən çox hansı ölkələrdən gedirlər?
Türkiyədən keçməklə İŞİD-a qoşulmaq məqsədi ilə münaqişə zonalarına getməyə çalışan əcnəbilərin daha çox hansı ölkədən olduqları açıqlanıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Suriya ilə sərhəddə saxlanılanın böyük qismi Rusiya, Azərbaycan, Fransa, İrandan olub.
Yaxalananlar ölkədən deportasiya ediliblər.
Türkiyənin Daxili İşlər Nazirliyi 76 səhifəlik "Türkiyənin İŞİD-la mübarizəsi" adlı kitab hazırlayıb. Kitabda Türkiyənin terrorizmlə mübarizəsindən bəhs edilib. Kitabda qeyd edilib ki, İŞİD Türkiyədə 14 böyük terror aktı həyata keçirib. Nəticədə 300-dən artıq insan həyatını itirib.
Terrorçulara qoşulmaq istəyənlərin böyük əksəriyyəti hava yolu ilə İstanbula gəlir. Daha sonra onlar hava və quru yollardan istifadə edərək sərhəd bölgələrə (Qaziantep, Hatay, Adana, Şanlıurfa) gedərək sərhədi keçməyə çalışırlar.
2011-2017-ci illərdə 3840-ı əcnəbi olmaqla 9350 terrorçu saxlanılıb.
Miq.az