Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan Azərbaycan Mətbuat Şurasında olub. Vətəninfo.az xəbər verir ki, səlahiyyət müddətini başa vurmaqda olan qonağı salamlayan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumla səfirliyin Mədəniyyət Müşavirliyinin sıx əlaqələrə malik olduğunu vurğulayıb və bildirib ki, münasibətlərin dərinləşməsində Seyid Əhməd Arslan bəyin müstəsna əməyi var. Ə.Amaşov Seyid Əhməd Arslan MŞ-nin diplomunu təqdim edib.
Seyid Əhməd Arslan Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluq duyduğunu dilə gətirib. O, dünyanın 45-dən artıq ölkəsində Türkiyə Səfirliyinin Mədəniyyət Müşavirliyinin mövcudluğunu bildirib. Amma Mədəniyyət Müşavirliklərindən Azərbaycanda fəaliyyət göstərən qurumun gördüyü işlərin xüsusilə geniş səciyyə daşıdığını vurğulayıb.
Qeyd edək ki, Seyid Əhməd Arslan 2012-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Ötən müddətdə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Müşavirliyi təkcə Bakıda deyil, respublikamızın bir çox bölgələrində mədəni tədbirlərin təşkilində mühüm rol oynayıb. Müşavirlik həmçinin Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana media nümayəndələrinin də səfərlərinin həyata keçirilməsində yaxından iştirak edib. Bundan başqa Seyid Əhməd Arslanın səlahiyyət müddətində müşavirlik Türkiyə və Azərbaycanın mədəni həyatını əks etdirən «turkiye.az» saytını da yaradıb.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT