Türkiyənin müharibə və geosiyasi proseslərdə mövqeyi qətiləşəcək
Məhəmməd Əsədullazadə
Politoloq
Türkiyədə baş tutmuş referendumdan sonra, ölkənin xarici siyasəti, xüsusi ilə ətrafında gedən müharibə və geosiyasi proseslərdə mövqeyi qətiləşəcək. Bu referendumdan sonra, Şimali İraqda Kürd yönətiminin müstəqillik arzusuna imkan verilməyəcək. Suriya məsələsində, ABŞ - Türkiyə əlaqəl'rində ortaq məxrəcin formalaşması ABŞ-ın YPG-yə dəstəyin çəkilməsi ilə baş verə biləcək. ABŞ-ın Suriyada YPG -ni dəstəkləməsi, regionda problemləri dərinləşdirməyə və mümkünsüz bir yola çıxmağı deməkdir.
ABŞ-ın Türkiyə ilə əməkdaşlığı isə, Yaxın Şərqdə təhlükəsizlik sisteminin formalaşmasına xidmət edən ən başlıca amildir. Hesab edirəm ki, Türkiyə hakimiyyəti, Tramp adminstrasiyası ilə ortaq mövqeyə gələcək. Qafqazla bağlı siyasətinə gəldikdə isə, cənab Ərdoğan çalışacaq ki, Azərbaycanla sıx siyasi əməkdaşlıq daha da intensivləşsin. Türkiyənin regional mövqeyi ilə maraqlı dövlətlər hesablaşsın. Qeyd edim ki, iki ölkə Cənubi Qafqazda təhlükəsizliyin qarantı kimi, Rusiya-Ermənistan oxuna qarşı müəyyən siyasi konturlar formalaşdıracaq. Gürcüstan da bu layihəyə cəlb ediləcək. Regionun satalleti dövləti olan Ermənistanın izolyasiyası isə davam edəcək.
Miq.Az