Türkiyənin sənət adamları ayağa qalxdı

Türkiyənin sənət adamları ayağa qalxdı

Son zamanlar AK Partiya rəhbərliyinin bəzi sənət adamlarını "Gezi Parkı" aksiyasına dəstək verdiyi üçün sərt şəkildə tənqid etmələri narazılıq yaradıb

Türkiyədə aralarında çoxlu sayda ədəbiyyatçı, aktyor və müğənninin olduğu sənət adamları qəzetlərə elan veriblər.
FaktXəbər-in məlumatına görə, yazarlar Yaşar Kamal və Orxan Pamuk, aktyorlar Halit Ergenç, Ruktay Aziz və Çetin Tekindor, müğənnilər Zülfü Livaneli, Leman Sam və Harun Tekinin də sıralarına qatıldığı 100 sənət adamının elanı "Narahatıq" başlıqğı ilə dərc edilib. Onlar cəmiyyətdə yaşanan qütbləşməyə diqqət yönəldiblər.

Elanda bu ifadələrə yer verilib:
"Sənət, həyatımızı diri tutan, bizi ağrılarımızdan təmizləyən, yaşamağımızı təmin edən nəfəs borumuzdur. Bu ölkənin ictimai dəyərlərinə, ağrılarına hər vaxt yaxın dayanmış, problemlərini müşahidə etmiş, bu yolda ağrılar çəkmiş sənət adamları olaraq deyirik ki, ortada yenə bir hirs və nifrət qoxusu var. Sənəti və sənət adamını dəyərsizləşdirmə, hədəf göstərmə, etibarsızlaşdırma, günahlandırma, təzyiq altında saxlma cəhdləri baş alıb gedir. "Ayaqlar baş oldu" sözünü çəkinmədən deyən dil, cəmiyyətə nifrət toxumları əkir. "Siz və biz" ifadəsi ictimai qütbləşməni itiləşdirir.
Aşağıda imzası olan sənət adamları olaraq, cəmiyyətdə yeni zərər çəkənlərin olmaması üçün nifrət dilinin dayandırılmasını, sənət adamlarının və sənət əsərlərinin hədəf göstərilməməsini, cəmiyyət üzərindəki təzyiqlərin dayandırılmasını istəyirik."

Elanda imzası olan sənət adamları bunlardır:

Yaşar Kemal, Zülfü Livaneli, Ara Güler, Orhan Pamuk, Nuri Bilge Ceylan, Fazıl Say, Ferzan Özpetek, Murathan Mungan, Ayşe Kulin, Sırrı Süreyya Önder, Halit Kıvanç, Tarık Akan, Elif Şafak, Emrah Serbes, Haldun Dormen, Filiz-Fikret Otyam, Ahmet Ümit, Halit Ergenç, Rutkay Aziz, Çetin Tekindor, Okan Bayülgen, Serra Yılmaz, Volkan Konak, Ayfer Tunç, Nebil Özgentürk, Yavuz Bingöl, Sunay Akın, Haluk Bilginer, Can Dündar, Erdal Beşikçioğlu, Ataol Behramoğlu, Cahit Berkay, Levent Üzümcü, Devrim Erbil, Selçuk Yöntem, Vedat Sakman, Erol Demiröz, Mustafa Alabora, Zeynep Oral, Gürer Aykal, Latife Tekin, Halil Ergün, Ece Temelkuran, Derya Köroğlu, Müge İplikçi, Edip Akbayram, Cihan Ünal, Müjde Ar, Ferhan Şensoy, Leyla Erbil, Onur Akın, Ahmet Telli, Bejan Matur, Metin Üstündağ, Yılmaz Odabaşı, Zeki Alasya, Mehmet Aksoy, Ahmet Say, Müjdat Gezen, Demet Akbağ, Yüksel Aksu, Ferhan-Ferzan Önder, Gülsin Onay, Leman Sam, Musa Kart, Kürşat Başar, Ahmet Güneştekin, Menderes Samancılar, Sermiyan Midyat, Ercan Kesal, Bulutsuzluk Özlemi, Ömer Faruk Sorak, Musa Eroğlu, Osman Şahin, Harun Tekin, Kardeş Türküler (BGST), Kudsi Ergüner, Duman, Bedri Koraman, Nejat İşler, İdil Biret.

faktxeber.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az