Türkiyəyə qarşı kritik həmlə - Fransa ilə birlikdə hərəkətə keçdilər

Türkiyəyə qarşı kritik həmlə - Fransa ilə birlikdə hərəkətə keçdilər

NATO-nun ikinci ən böyük ordusuna sahib Türkiyə ilə münasibətləri gərgin olan Yunanıstan Fransadan dəstək almağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Aralıq dənizinin şərqindəki gərginlikdə indiyədək Fransadan siyasi dəstək alan Afina bu dəfə Parislə hərbi anlaşma imzalayacaq.

Yunanıstan Baş naziri Kiryakos Miçotakis Fransa ilə bir anlaşma imzalayacağını açıqlayaraq 18 ədəd "Rafale” savaş qırıcıları satın alacaqlarını deyib.

Bölgədə təzyiqlərin artdığına diqqət çəkən Miçotakis qarşıdakı bir neçə gün ərzində 18 ədəd döyüş təyyarəsinin alınması üçün Yunanıstan və Fransa arasında sənədlərin imzalanacağını söyləyib.

O, qırıcıların 2021-ci ildə təslim ediləcəyini bildirib. Miçotakis yeni döyüş gəmiləri, dron və yenilənmiş "F-16”-lar satın almaq istədiklərini də açıqlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az