Türklüklərini unudan türklərimiz....

Türklüklərini unudan türklərimiz....

Çox təəssüflər olsun ki, Almaniyaya gəlib öz mədəniyyətindən uzaqlaşan insanlar içində bizim Türklər də vardır. Bir çox insanlardan eşitdiyim və özümün şahidi olduğum hadisələrdən yazaraq, birisinin Azərbaycandan Almaniyaya gələrək qarşılaşdığı anlaşılmazlıqlardan, vətəndaşlarımızın xəbərdar olmasını istəyirəm. Onların soyuq rəftarı, biri-birinə qarşı soyuq münasibətləri, biz azərbaycandan yaxud başqa Türkdilli ölkələrdən gələnləri türklüyünə küsdürür. Bəlkə də bizlərin Avropa Türklərinin həyatından xəbərsiz olduğumuz üçün, yaxud da onlara olduğundan çox mehribanlıq gözlədiyimizdən yaranan nazrazılıqdır. Onların çoxu Avropada  beşinci nəsil olduğu üçün, türklüyünü unutmuş, yaxud da unutmağı üstün tutmuşlar. Biz Azərbaycan türkləri hər qarşımıza çıxan Türkiyədən gələnləri də Türk hesab edib, bir narazılıq olduğunda, onlardan uzaqlaşmamalı, hər şeyi əməlli başlı ölçüb-biçməli, sonra qərar verməliyik. Onların çoxu Türkiyədən gəlib, bəli, amma Türk olmaya bilirlər. Hər şeyi maddiyatla ölçən insanlara haradan gəlməsinə baxmayaraq yaxınlaşmayın, dostluq etməyin, yoxsa mənəvi yara alar, hər şeydən nifrət edərsiniz! 

Onlar ilk bura Almaniyaya toplu şəkildə gəldiklərində, hər kəs birlik və bərabərlik içində idilər. Qadınlar başqa, kişilər başqa vaqonlara dolub Türkiyə və Almaniya arasındakı müqaviləyə əsasən işləməyə gəlmişlərdi. O zaman hər kəs eyni hüquqlu, hər kəs fəhlə, yəni işçi ailəsi idilər. Onların taleləri, dərdləri, qayğıları təxminən eyni idi. Onlar vaqonlarla Almaniyaya gəlir (1960-cı ildən sonra) və Vağzaldan avtobuslara doldurulub köhnə və boş qalmış binalara yerləşdirilir. Orada yaşamaq üçün müəyyən şərait yaradılıb, hətta hər adambaşına  “Butterbrot” yəni üzərinə yağ və s. çəkilmiş  kiçik çorək, və bir meyvə verilirmiş. Beləliklə bir çox insan belə işlə təmin olunmağı, rahat şəraitdə yaşamağı, işləməyi görüncə başqa qohum əqrabalarını da bura gətirməsinə səbəb olmuşlar. Hətta bütün nəsil yığışıb buraya köçmüş, burada özləri üçün bir həyat qurub, köylərində (kənd) olduğu kimi yaşamağa davam etmişlər. Hər kəs öz içində bir Türkiyə yaratmışdır, bu xəyal yox reallıqda da var. Onlar hətta Türk qəsəbələri də salmışlar. Berlində bir çox məhşur olan küçədə Türklərdən başqa millət orada yaşamır. Onların mağazasından tutmuş bərbəri, polisi,  satıcısı, advakatı, müəllimi, qəssabı, dərzisi, pinəçisi,və s adını unutduğum hər bir işçisi türklərdir. Bu onların Almaniyaya sahiblənməsi Almaniyaya etdiyi yardımların əvəzidir. Onlar müharibədən sonra dağılmış Almaniyanı bərpa edib, göz bəbəyi kimi qoruduqları, tikdikləri üçündür, bu onların bu ölkədə yaxşı yaşamalarının haqqıdır. Mən şəxsən onları alqışlayıram. Onların da başqaları kimi yaxşı yaşamağa haqqı var.

Bütün bunları yazmaqda məqsədim onların hər şeyə haqqları çatdığı halda nə üçün övladlarını bəzən də qız övladlarını məktəbə göndərmədikləri məni narahat edib. Mən bunları ilk dəfə eşitdiyimdə inanmasam da sonradan şahidi oldum. Bəzi insanlar nədən bunları etməmişdir, onun üçün ki, öz köylərində yaşadıqları kimi  adət-ənənəyə bağlı qalmışlardır. Bəzi analar işə gedib qız uşağını isə “sən qızsan oxumasan da olar, özündən kiçik bacı-qaradşlarına bax,  ev işləri ilə məşğul ol, yetər demişlər”. Amma burada yaşamaq üçün, bir çıxış yolu da almanca öyrənmək, haqqlarını tanımaqdır. Türklər üçün Alman Dövləti ayrıca qanunlar qərarlar tərtib edib. Onlar üçün həm Türkiyədən həkimlər həm də, Almaniydan türkcə öyrənmiş  alman kadrları Türkiyənin bir çox şəhərlərində təcrübələr keçərək, buradakı Türklər üçün hazırlatılmışdılar. Bütün bunları yalnız və yalnız işçi Türklər üçün etmişdilər. Sonradan artıq çətinliklər aradan qalxdı, o köçmən türklərin uşaqları təhsilə yönləndirildi və artıq onlar bu ölkənin tam huquqlu vətəndaşlarına çevrildilər. Onların çoxu Almaniyda  iki vətəndaşlıq pasportu alıb, həm Türk həm alman vətəndaşları kimi yaşamaqdadırlar. Mən bütün bunları yazmaqda məqsədim, onların getdikcə biri-birinə olan münasibətlərinin dəyişməsinin  yaxşı hal olmadığını göstərməkdir.

 Onların arasındakı soyuqluq haradan yaranıb? Çoxları almanlaşmaqda deyir, bəziləri onların  hər iki mədəniyyətdən xəbərsiz böyüdüklərini deyir, bəziləri isə insanların var dövlət toplamaqda yarışa girdiklərini deyir,  bəziləri isə savadsızlıq, paxıllıq, biri-birini sevmədiklrini,  bəziləri isə  unutqanlıqla onları suçlayır.....mən isə onların bu qədər soyuqqanlı olmalarını “qürbətin yarası” olduğunu deyirəm. Axı onların çoxunun keçirdiyi qorxu hissi, tanımadığı bilmədiyi yad insanlar arasında qüvənsiz, boynubükük, qayğı və sevgidən uzaq böyümələri ilə əlaqələndirirəm. Məktəbdə belə körpələrə rast gəldiyimdə içim qan ağlayıb. Onlar hər zaman insanlar tərəfindən uzaq tutulur, xor baxılır, sən bizdən deyilsən sözünü deyən qırmızı yanaq həyasız, qorxmaz uşaqlardan qorxur, qədərinə taleyinə  küsürlər...

Türkiyədə bir söz var ÖTEKİ ...sən onlar üçün ÖTEKİSEN..bəli sən onlar üçün yadsan.... Sən bəzən özünü Azərbaycanlı kimi təqdim etdiyində onlar səni yad hesab edir. Bunun üçün biz Türk dilli ölkələr özümüzü burada doğulub Böyümüş, Türk bacı - qardaşlarımıza bizlər də türkük kimi təqdim etməliyik.

Düzdür onlar Türklükləri ilə qurur duyar, öz  ata-anasının tərbiyəsi və istəyi ilə hərəkət edərlər. Evləndikləri vaxt yenə də ata-ananın, nənə - babanın arzusu ilə evlənərlər. Amma Türkiyədən evləndikləri vaxt böyük bəlalarda onların növbəti nəslinə ötürüldüyünü düşünməzlər. Yenə də eyni çətinliklər ana dil bilmir, dil kurslarına çox az insan baş vursa da danışa bilmir. Özünü kmdən isə asılı hiss edir. Həkimə,  məktəbə, harasa bir iş üçün (türkcə bilən həkimlər ixtisasçılar  çox az olduğu üçün) getdiyində almancası olan birisinin yardımı ilə getməli olur. Onların çoxu bura doğumluları da türkiyədən gələnləri müasir olmadığı üçün, yaxud da bəyənmədikləri üçün oz quruplarına almırlar. Burada doğulmuşların o ətrafı, öz düçüncə tərzinə uygun olan arkadaşları, yaxud da alman dostları, rəfiqələri var. O zaman onların yanında dil bilməyən, gözü kölgəli olan qadınlar, özü kimi Türkiyədən gələn gəlinlərin, bacıların əhatəsində yaşayır. Birlikdə öz adət -ənənəsini yaşadır. Uşaqlar məktəbə gedən zaman onlar sadəcə ev işləri yaxud da təmizliyə, hər hansı bir tanışın yanında köməkçi, və yaxud da sadə işlərlə məşğul olurlar. Onlar üçün təbii ki, alman dili, kültürü öyrənmək vacib deyil. Onlar üçün vacib olan maşın sürmək, (maşın sürməyi bacarmayana geri qalmış kimi baxırlar) sürücülük vəsiqəsi, gündəlik həyat hadisələri, yaxud da kahvaltı mərasimi, dini ayinlər, mevlud oxutma və s..çox önəmlidir. Mən  qısa müddətdə bunlardan başqa bir önəmli işlərlə məşğul olan qadın görmədim. Çox təssüflər olsun ki, kişilər də burada doğulub böyüyən, sadə işlərlə kifayətlənir, oxuyub təhsil almağı o qədər də ön plana qoymurlar. Türkiyədən buraya gələn yəni burada doğulan qızlarla evlənənlər də çoxdur. Onların həyatı isə çox acınacaqlıdır. Onlar buraya sanki, bir qız kimi gəlin köçüblər....dil bilmir qururuna toxunur, (dil bilənlər onu ələ salıb gülür)... evləndiyi qız onu uşaq baxıcısı kimi evə qoyub işə gedir...o atadır, o evinin kişisidir, amma çörək gətirməyi bacarmır, çünki, dil bilmir özünü qadınından asılı hiss edir... sonunda hər şeyi atıb geri qayıdır.... Axı o Türk kişisidir!!! Qadın çörəyi başa qaxıncdır...bu kimi problemlər onu sonuna qədər müqqavimət göstərməyə qoymur.....ya gərək dözəsən, buraya inteqrasıya olasan, qadının istədiyi maşını,  evi ona alasan,  qonşulardan üstün olduğunu ona göstərəsən, ya da boşanmalısan...Bu düşüncələrlə yaşayan dünyəvi insanlar pul və mal, mülk sahibi olmağı düşünənlər özünə sahiblənmək istəmirsə, demək ki, bizlərə də sahiblənməyəcəklər.

Burada dogulanlardan iki qurupa bölünənlər, çoxdur, bəziləri hədsiz dərəcədə müasir bəziləri isə normal öz adət ənənəsinə bağlı. Belə insanlar biz Türkiyədən gəlməyən türklərə bir az fərqli gələ bilər. Amma yenədə bəzi bizlərə fərqli gələn şeyləri öyrənməkdən çəkinməməli, soruşmalı, öyrənməliyik. Onların çoxu Avropaya işləməyə, varlanmağa amma insanlıqdan çıxmamağa gəlmişdilər...amma çox təssüfflər olsun ki, var dövlət dünya malı bəzilərini hər şeydən məhrum ettdi. İndi onların çoxu nə etdiklərini heç özləri də bilmir. Nigahsız  birlikdə  yabançılarla yaşayanlar, Almaniyaya gələn kimi baş örtüyünü atanlar, daha nələr nələr, hədsiz dərəcə də boşanmalar..... Ailə münaqişələri o dərəcəyə gəlib ki, artıq Alman mediyasında, TV-lərdə onların biabırçı həyatlarından danışılır. O insanlar doğru dürüst təhsil almadıqları üçün bu vəziyyətə düşənlərdir. Onalrın həyatı çox  acınacaqlıdır. Bəzi qadınlar Türkiyədən Almaniyaya gəlib, burada onun səviyyəsinə uygun insanlarla qarşılaşmadığı üçün, işləmək arzusundan məhrum olduğu üçün, yaxud da yetərli dil bilgisinə sahib olmadığı üçün,  yəni təhsilli yaxud da lisey təhsili alanlar özlərini boşluqda hiss edirlər. Onlar arzuladıqları həyatı yaşaya bilmir, və qadın olaraq, huquqları tapdalanmasına dözmür boşanırlar. Sonra ya Türkiyəyə geri qayıdır, ya da uşagın atası ilə görüşmə haqqı yaxud da Alman vətəndaşı olma haqqından istifadə edərək, imkansız ailədən olan qadınlar, Qadın mühafizə Orqanlarının köməyi ilə Qadınlar Yataqxanasına yerləşdirilirlər. Orada yaşayan qadınlara isə yalnız Dövlət sahib çıxır. Onların çoxu  bəzən qohum-əqrabaları tərəfindən də atılırlar. Onun normal həyata dönüşü isə Allaha qalır. Onlar Türk insanına “ləkə” hesab edilirlər. Məyər bu normaldırmı? Kiminsə tərəfindən döyülüb, söyülmüş qadıncığaz insan deyilmi? Belə döyülmələri normal qəbul edən insanlar çox təssüflər olsunki, var, dözürsənsə yaxşı qadın hesab edilirsən, dözmürsənsə pis.... Bunun haqsızlıq olsduğunu düşünən varmı? Onların yaxınlarında bir azacıq insaf varsa bütün bunları düşünməli deyilmi?

Məni hər zaman bir sual maraqlandırırdı.....Bu insanlar nədən dünya malı üçün biri-birinin qəlbini qırır, biri – birinə yalan danışır???? Burada yaşayan insanların  bəzilərinin eşitdiyimizə görə, o qədər var dövləti var ki, amma  bəzilərinin insanlıqları yoxdur. Onlar burada çalışıb, amma Türkiyədə böyük şirkətlər qurdurur, yüksək mərtəbəli binalar tikdirir, Firmalar açırlar. Hətta süpürgəçi işləməklə Məscidlər tikdirir, amma bir  qaçaq gəlmiş xaricinin haqqını yeyirlər. Onu  gecə - gündüz işlədib, sonra isə aylıq pulunu vermirlər. Bax belələrini gördüyündə xəyalqırıqlığına uğramış bir başqa məmləkəti ayrı Türk, mən türk deyiləm, mən azərəm, yaxud da türkmənəm, qazaxam deyir.

Ey Almaniyada, Avropada yaşayan Türklər gəlin biri-birinizə sahib çıxaq. Dünya malı üçün qəlb qıranlar, bu haram para üçün qardaşınızı, bacınızı aldadmayın, haqqını yeməyin!!! Gəlin Turan naminə Türklük naminə birləşək! Bizim birliyimiz gücümüzdür!

Şəfəq AZƏR

Almaniya



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az