"Ukrayna ABŞ-ın qurbanı oldu" - Xamenei


"Ukraynadakı münaqişə ABŞ-ın dünyada böhranlar yaratmaq siyasəti ilə bağlıdır".

"Unikal" xəbər  verir ki, bunu İranın ali dini lideri Əli Xamenei deyib. O, bu gün Ukraynanın ABŞ siyasətinin qurbanına çevrildiyini bildirib. 

"Əgər o (ABŞ) böhran yarada bilməsə, o zaman silah istehsalı ilə məşğul olan şirkətlər maksimum işləyə bilməyəcək. Onlar həmin mafiyanın maraqlarını təmin etmək üçün böhranlar yaratmalıdırlar”, - deyə o, qeyd edib.  

Eyni zamanda Xamenei vurğulayıb ki, İran təbii ki, dünyanın istənilən yerində müharibə və dağıntıların əleyhinədir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az