Ukrayna ordusu 3 yaşayış məntəqəsini AZAD ETDİ

Ukrayna ordusu 3 yaşayış məntəqəsini AZAD ETDİ

Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.

Bu barədə Miq.Az Ukrayna Silahlı Qüvvələrinin "Şimal” Əməliyyat Komandanlığına istinadən xəbər verir.

Qeyd edilir ki, ərazidə təmizləmə işləri aparılır, yerli sakinlərə humanitar yardımlar çatdırılır,

"Hazırda yaşayış məntəqələri Rusiyanın işğalından azad edilib. Ərazi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təmizlənir və nəzarət olunur. Əhaliyə humanitar yardımlar çatdırılır", - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiya qoşunlarının sıradan çıxarılmış texnikasının fotolarını da nümayiş etdiriblər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az