Ukrayna ordusu hələ də bu rus qırıcısını vura bilmir
Rusiyada beşinci nəslə aid Su-57 hələ də Ukrayna ordusunun vurmadığı yeni qırıcıların yeganə nümunəsi olaraq qalır. Müxtəlif çoxfunksiyalı Su-30-lar, Su-34 və hətta Su-35 ukraynalı əsgərlər tərəfindən məhv edilib.
Miq.Az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
"Rusiyanın Su-57 qırıcısı 2001-ci ildən yaradılıb və kütləvi istehsal yalnız 18 ildən sonra başlayıb. İstehsal o qədər "sürətlə” gedir ki, cəmi üç təyyarə xidmətdədir”, - məlumatda deyilir.
Miq.Az