Ukrayna ordusu şimal əraziləri azad etdi – Britaniya

Ukrayna ordusu şimal əraziləri azad etdi – Britaniya

Şərqə yerləşdirilmək üçün Ukraynanın şimalından çıxarılan Rusiya qoşunlarının döyüşə başlamazdan əvvəl əhəmiyyətli dərəcədə yenidən təchizata ehtiyacı var.

Miq.Az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.

"Ukrayna qüvvələri ölkənin şimalında mühüm sektoru geri alıb, təchizat zəncirini kəsib və rus hərbçilərini Çerniqov, Kiyevin şimalındakı ərazilərdən geri çəkilməyə məcbur edib. Rusların ələ keçirdikləri ərazilərdə bəzi istiqamətlərdə "ləng” döyüşlərin davam edəcəyi ehtimal edilir. Bu həftə rus qoşunlarının çıxarılması ilə əlaqədar döyüşlər bir qədər də zəifləyəcək”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az