Ukrayna Qarabağdakı "aprel döyüşləri"ndən BƏHRƏLƏNƏCƏK

Ukrayna Qarabağdakı

Ukrayna Müdafiə Nazirliyi Azərbaycanın nümunəsindən çıxış edərək kamikadze-dronlarla silahlanmağa hazırlaşır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Ukrayna mətbuatı yazır. Bildirilir ki, Ukrayna Müdafiə Nazirliyi pilotsuz uçan döyüş sistemlərinin hərbi əməliyyatlarda tətbiqinin effektiv olduğu qənaətinə gəlib. "Məsələn, Qarabağda apreldə gedən döyüş əməliyyatlarında Azərbaycan İsraildən aldığı "Harop" pilotsuz döyüş aparatlarını böyük uğurla tətbiq edib. Bu pilotsuz aparatla ermənilərin azı bir avtobusunun və artilleriya mövqeyinin vurulduğu məlumdur"-Ukrayna KİV-ləri xatırladır.

Məlumata görə Ukrayna Polşanın istehsalı olan "Los" pilotsuz döyüş aparatlarını almaq üçün danışıqlar aparır. Bu, "Harop"ların analoqudur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az