Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatı: Rus ordusu Xarkova hücuma keçib

Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatı: Rus ordusu Xarkova hücuma keçib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 27-də səhər saat 6:00-a olan əməliyyat məlumatında Facebook-da məlumat yayıb.

Məlumata görə rus ordusu Xarkov vilayətində hücuma keçib.
 
Belqorod vilayətinin yaşayış məntəqələri ərazilərində düşmən "İsgəndər-M” OTRK-nın iki raket divizionunu yerləşdirib.
 
İzyum istiqamətində ruslar irəliləməyə çalışır. 
 
İşğalçı ordu 76-cı Hava Desant Diviziyasından iki tabor taktiki qrupunu Belqorod vilayəti ərazisindən İzyum şəhərinə köçürüb.
 
Məlumatda həmçinin bildirilir ki, İzyum istiqamətində Şərq Hərbi Dairəsinin 1-ci Tank Ordusu, 20-ci Əlahiddə Ümumqoşun Ordusu, Qərb Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusu və 68-ci Ordu Korpusu ilə hava desant qoşunlarının bölmələri Barvenkovo ​​istiqaməti hücum əməliyyatları aparır. 
 
"Düşmən Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq kənarını ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb", -  deyə məlumatda bildirilir. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az