Ukraynada döyüşlərdə öldürülən rusiyalı generalların adları açıqlandı - SİYAHI

Ukraynada döyüşlərdə öldürülən rusiyalı generalların adları açıqlandı - SİYAHI

Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin azı 10 yüksək rütbəli hərbi qulluqçusu öldürülüb.
 
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
 
Öldürülənlər arasında dörd general-mayor, üç polkovnik və üç polkovnik-leytenant var.
 
Qeyd edilir ki, döyüşlərdə general-mayorlar:
 
Maqomed Tuşayev,
 
Vitali Gerasimov,
 
Andrey Kolesnikov,
 
Andrey Suxovetski,
 
Polkovniklər: 
 
Andrey Zaxarov,
 
Sergey Poroxnyu,
 
İqor Nikolayev,
 
Polkovnik-leytenantlar: 
 
Yuri Aqarkov,
 
Dmitri Sofronov,
 
Mixail Yermolin öldürülüblər.
 
Mənbə: Ua.news


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az