Ukraynalılar Saakaşvilini baş nazir etmək üçün imza yığmağa başladılar
Poroşenkonun rəsmi saytında Odessa qubernatoru Mixail
Saakaşvilinin Ukrayna dövlətinin baş naziri təyin edilməsi tələbi ilə
petisiya yerləşdirilib.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki, petisiyanın müəllifi Vitali Biqun Saakaşvili üçün "Qoy
adam gəlib Ukraynada islahat keçirsin. Korrupsiyaya dözməkdən,
islahatların uzanmasından bezdik” deyib.
Petisiyanın baxılması üçün 25 min imza yığılması lazımdır. İmzaalrın toplanması üçün 90 gün ayrılıb.
Ukrayna vətəndaşları virtual şəkildə kütləvi imza yığaraq prezidentə müraciət imkanına malikdir.