Ukraynanın bu şəhərində partlayış: Sağ qalan olmadı

Ukraynanın bu şəhərində partlayış: Sağ qalan olmadı

Ukraynanın işğal altında olan Kremennaya şəhər şurasında qaz partlayışı olub.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

O qeyd edib ki, partlayış nəticəsində şəhər şurasının binasından sağ çıxan olmayıb:

"Həmin vaxt binada "xalq meri” ilə xain təhlükəsizlik işçilərinin görüşü keçirilib”.

Geraşenko partlayış zamanı həlak olan əməkdaşların sayını açıqlamayıb.

Onun sözlərinə görə, bu partlayışla eyni vaxtda daha bir partlayış baş verib - həmin an başqa bir görüşün keçirildiyi rayon polis şöbəsində eyni hadisə yaşanıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az