Ukraynanın əks-hücum əməliyyatı – Rusiyanın mövqeyi darmadağın edildi

Ukraynanın əks-hücum əməliyyatı – Rusiyanın mövqeyi darmadağın edildi

Ukrayna müdafiə qüvvələri Qara dənizdə İlan adasında əməliyyatı davam etdirirlər. Adada Rusiya ordusunun daha bir artilleriya və "Pantsir - S1” raket sistemi vurulub. Bundan başqa, Ukrayna hərbi qüvvələri cənubda 40 rus hərbçisini və çox sayda texnikasını məhv edib.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun "Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

Məlumata görə, Rusiya qüvvələri gecə saatlarında Odessa vilayətinə raket zərbələri endiriblər. Bombardmanda təyyarə və "Bastion” sahil raket kompleksindən istifadə olunub.

Ukrayna aviasiyasının Rusiyanın komanda-idarə məntəqəsinə, bir neçə canlı qüvvə və texnikasına, cəbhə xətti boyu iki sursat anbarına hücum təyyarələri və helikopterlərlə hava zərbəsi uğurla başa çatdırılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az