"Biz bu gün AŞPA Bürosunun iclasında qərara gəldik ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə öz müşahidə missiyamızı göndərək”.
Vətəninfo.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör keçirdiyi brifinqdə deyib. O bildirib ki, demokratiyanın olması üçün insan hüquqlarına da hörmətlə yanaşılmalıdır: "Umid edirəm ki, bu missiyamız Azərbaycana öz mesajımızı ötürməmiz üçün bir şans olacaq”.
A. Brassör erməni jurnalistlərin guya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində təcavüzkar tərəf olduğuna dair provokativ suallarına da cavab verib: "Mən bunu bir neçə dəfə demişəm, Avropa Şurası üçün ərazi bütövlüyü məsələsi həyati bir məsələdir. Bununla belə,
zorakılıq heç vaxt cavab tərzi deyil və ola da bilməz. Hazırda
danışıqlar gedir. Bizə bəziləri deyirlər ki, biz bu danışıqlarda iştirak
edə bilmərik, siz bu işə qarışmayın. Amma onu da deyim ki, bu münaqişə
bizim təşkilatın iki üzvü arasında gedir və biz dialoq yolu ilə bu
məsələnin həllini tapmalıyıq. Biz burada, AŞPA zalında hər iki tərəf arasında gərginliyin olduğunu müşahidə edirik və
bu gərginliyin öhdəsindən gəlib onu aradan qaldırmalıyıq. AŞPA da ən azından bunun həll yolunu tapmağa çalışmalıdır. Çünki ilk növbədə bu regionun əhalisi əziyyət çəkir. Bu insanlar da Avropa Şurasının üzvləridir və onların da insan hüquqları müdafiə olunmalıdır”.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ