Una mənşəyi bilinməyən maddə qarışdırılır - “Çox böyük fəsadlar olacaq”

Una mənşəyi bilinməyən maddə qarışdırılır - “Çox böyük fəsadlar olacaq”
"Un dəyirmanlarında buğdaya insan orqanizmi üçün arzuolunmaz ağ maddə qarışdırırlar”.

Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı birliyə daxil olan müraciətlərin ardı-arası kəsilmir: "Həcmini şişirtmək, yaxud da yapışqanlıq vermək üçün una kimyəvi maddə qarışdırırlar. Ancaq o nə maddədir, hardan gətirilir, mənşəyi nədir bilinmir”.

E.Hüseynov məsələ ilə bağlı hələki dövlət qurumlarına müraciət etmədiyini bildirib: "Dövlət orqanları onsuz da seyirçi mövqedədirlər. Buna son qoymaq lazımdır. Biabırçılıqdır. Ölkədə çox böyük fəsadlar gözlənilir”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az