Uşaqlara ən çox verilən adlar açıqlandı - SİYAHI

Uşaqlara ən çox verilən adlar açıqlandı - SİYAHI
Bu ilin 11 ayı ərzində Azərbaycanda doğulan uşaqlara daha çox Yusif (3184) adı verilib.

Miq.az Ədliyyə Nazirliyinə istinadən xəbər veri ki, bu il ərzində doğulan körpələrə verilən adlar arasında Zəhra (2809), Nuray (2029), Hüseyn (2200), Fatimə (1790), Əli (2063), Aylin (1564), Zeynəb (1745), Ömər (1640), Məryəm (1469), Ayan (1276), Məhəmməd (1339) adları üstünlük təşkil edib.

Bundan başqa. uşaqlara çox verilən adlar arasında Murad (1232), Mələk (1301), Tunar (1225), Uğur (1141), Dəniz (1055), Xədicə (964), Ayxan (1128), Mədinə (1203), Gülay (916), Leyla (909), İbrahim (859), Fidan (775), Damla (598) kimi adlar da yer alıb.

Qeyd edək ki, son beş ildə Azərbaycanda doğulan körpələrə daha çox Yusif (19940), Zəhra (18935), Nuray (14267), Hüseyn( 13726), Fatimə (13450), Əli (13425), Aylin (9333), Zeynəb (9251), Ömər (8940), Ayan (8929), Məhəmməd (8574) kimi adlar verilib.  
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az