Vahe Gevorkyan: "Yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçıları görüşə bilər"

Vahe Gevorkyan:

"Yaxın günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilməsi mümkündür".
 
"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN başçısının müavini Vahe Gevorkyan deyib.
 
Onun sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı yeni görüşün keçirilməsi istisna deyil: "Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Düşünürəm ki, yaxın vaxtlarda yeni görüşlər baş tutacaq və danışıqlar prosesinin tam bərpası üçün şərait yaradılacaq", - deyə o əlavə edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az