Rusiyanın "LUKoil” şirkəti Qazaxıstanın dörd neft yatağındakı aktivlərini idarə edən "Caspian Investments Resources” şirkətindəki 50 faizlik payını Çinin "Sinopec” şirkətinə satıb.
Virtualaz.org saytı Rusiya biznes mediasına istinadən xəbər verir ki, əslində tərəflər bu sövdələşməyə bir il əvvəl, neftin qiymətinin 110 dollar olduğu vaxtlarda gəlmişdilər.
Lakin neftin ucuzlaşmağa başlaması Çin şirkətini pauza götürməyə məcbur edib. Nəticədə Vahid Ələkbərovun aktivləri 400 milyon dollara yaxın ucuzlaşıb.
"LUKoil” Çin şirkətini bu itkiə görə beynəlxalq arbitraja vermək üçün hazırlıqlara başlasa da Rusiya-Çin hökumətlərarası komissiyası işə qarışıb və tərəflərə məhkəməyə qədər anlaşmağı təklif edib. Nəticədə "LUKoil” aktivləri "Sinopec”ə əvvəlcə razılaşdırılandan təxminən 200 milyon dollar ucuza - 1 milyard 57 milyon dollara satmağa razı olub.
Nəticədə Çin şirkəti "Caspian İnvestments Resources” şirkətinin 100 faizlik səhmlərinin mülkiyyətçisinə çevrilib. "LUKoil” şirkətində bu satışı xarici aktivlərin optimallaşdırılması siyasəti ilə izah ediblər.
Bu aktivlərin satılmasından sonra da "LUKoil” Qazaxıstanın neft yataqlarının işlənməsində aparıcı oyunçulardan biri olaraq qalır.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT