Varisin yeni kitabının imza günü

Varisin yeni kitabının imza günü
Mart ayının 9-da, saat 17-dən 20-dək paytaxtın İstiqlaliyyət küçəsində yerləşən Libraff kitab mağazasında Varisin "Uzaqdan gələn yağış" adlı yeni romanının imza günü keçiriləcək.
Cildində "Gənclərin birnəfəsə oxuyacağı kitab" qeydi yer almış "Uzaqdan gələn yağış" körpə fidanların qol-budaq atıb böyümək arzusunu gözündə qoyan amansız bağban qayçılarından bəhs edərək insanlığı "sevgi" adlı bir hədəfi "maddiyyat" və "təmənna" adlı cəlladların nişangahından çıxarmağa çağırır. Onu da qeyd edək ki, yanvar ayından satışda olan və artıq kifayət qədər diqqət oyada bilən "Uzaqdan gələn yağış" kitabını Libraff mağazası imza günündə xüsusi 20 faizlik endirimlə satışa çıxaracaq.
Kitab Teas-press nəşriyyatında nəşr olunmuşdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az