Vasif Talıbov Natəvan Qədimovanı nazir təyin etdi

Vasif Talıbov Natəvan Qədimovanı nazir təyin etdi

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Natəvan Qədimovanın Naxçıvan MR-in mədəniyyət və turizm naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Vətəninfo.az "Report”a istinadla xəbər verir ki, sərəncamla Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin edilib.

N.Qədimova indiyədək Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan MR-də mədəniyyət və turizm naziri vəzifəsini Sarvan İbrahimov tutub. O, keçən ay vəzifəsindən azad edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az