Vergi əməkdaşları rüşvət alarkən saxlanıldı - Bakıda

Vergi əməkdaşları rüşvət alarkən saxlanıldı - Bakıda
Vergilər naziri Mikayıl Cabbarov daha 2 nəfər vergi orqanı əməkdaşını işdən azad edib.

Miq.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal GəlirlərDepartamentinin əməkdaşları - Nurlan Verdiyev və Cavid (soyadı bizə məlum deyil - müəllif) Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar.
Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.
Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.
Qeyd edək ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev isə bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az