Vətən müharibəsində yaralanan hərbçilərin sayı AÇIQLANDI

Vətən müharibəsində yaralanan hərbçilərin sayı AÇIQLANDI

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sayı açıqlanıb.

Miq.Az xəbər verir ki, müharibə zamanı 11 110 nəfər yaralanıb.

Yaralı hərbçilərin hamısına vaxtında tibbi yardım göstərilib və döyüş meydanından təxliyə olunublar.

Aprelin 14-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11 110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az