Vətəndaşa söyüş söyən yol polisindən – AÇIQLAMA + VİDEO

Vətəndaşa söyüş söyən yol polisindən – AÇIQLAMA + VİDEO
Vətəndaşı polis bölməsində ağır söyüşlərlə təhqir etməsi ilə gündəmə gələn Şirvan Şəhər DYP-nin polis mayoru Məmmədsadıq Nağıyev hadisənin təfərrüatlarından danışıb.

Miq.az-ın məlumatına görə, Qafqazinfo-ya açıqlama verən polis mayoru bildirib ki, vətəndaş bilərəkdən tam videonu deyil, sadəcə, 30 saniyəlik çıxışı yayıb:

"Məni gör hansı həddə gətirib ki, o sözləri demişəm. Halbuki onun ünvanına heç bir nalayiq sözlər işlətməmişəm. Video əvvəldən göstərilsəydi bilinərdi ki, vətəndaş polisi hansı həddə gətirib.

Məsələ belədir ki, həmin sürücü mənim tərəfimdən polis şöbəsinə gətirilib. O, məni ölümlə hədələdi, işdən çıxandan sonra məni izləyib başıma oyun açdıracağını dedi. Mən də əsəblərimi cilovlaya bilmədim. Düzdür, mən o ifadələri özümə bağışlamıram. Yenə də təmkinli olmalı idim. Müharibə veteranıyam. 1993-cü ildə Füzuli döyüşlərində başımdan yaralanmışam. Özümü idarə edə bilmədiyim üçün bu söyüşlər dilimdən çıxıb. Buna görə də mənə Dövlət Yol Polisi tərəfindən şiddətli töhmət verilib”.

M.Nağıyev qeyd edib ki, sürücünün həbs edilməsi məsələsi də həqiqətəuyğun deyil: "DYP əməkdaşları qanuna müvafiq olaraq tədbirlər görür. Mən sərxoş halda avtomobil idarə edənlərə qarşı həmişə sərt tədbirlər görmüşəm. 2 ildir ki, Şirvanda DYP-də polis mayoruyam. İndi mənim barəmdə hansısa şikayətçilər varsa, bu, o adamlar ola bilər ki, sərxoş halda tərəfimdən yaxalanıblar. Halbuki DYP əməkdaşı içkili avtomobili idarə edənləri saxlamaqla baş verə biləcək faciələrin qarşısını alır. Bunu isə sürücülər anlamırlar. Sərxoş halda da cəza sanksiyası yüksəkdir. Bu məsələlərdə heç kimə güzəştə getməmişəm”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az