Veteran təşkilatları gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır

Veteran təşkilatları gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır
Respublika Veteranlar Təşkilatı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. 

Təşkilatın Əməkdaşları, veteranlar müntəzəm surətdə gənclərlə müxtəlif ünvanlarda görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələrinin hərtərəfli təbliğində bilik və təcrübələrini əsirgəmirlər. Bu tədbirlərin əsas məqsədi gənclərimizi hazırda erməni hərbi birliklərinin işğalı altında olan Vətən torpaqlarını azad etməyə hər an hazır olmağa ruhlandırmaqdır. Növbəti vətənpərvərlik tədbiri Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcəkdir.
Tədbir 14 dekabr 2016-cı il tarixində saat 10:45-də Azərbaycan Memarlıq və İnşaat Universitetində başlanacaqdır.
Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları, ictimai təşkilatların nümayəndələri,  Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və müəllim heyəti, ziyalılar, media nümayəndələrinin dəvət olunduğu tədbirdə Sizin əməkdaşlarının iştirakı da  məqsədəuyğun olardı.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az