VHP Milli Şuranı tərk etdi

VHP Milli Şuranı tərk etdi
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) əksər üzvləri müxalif Milli Şuradan çıxıb.
Vətəninfo.az-ın Report-a istinadla məlumatına görə, hazırda Milli Şurada VHP-nin iki üzvü-partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Ali Məclisin sədri Rafiq Manaflı təmsil olunur.
2013-cü ildə keçirilən prezident seçkilərində iştirakla bağlı fərdi üzvlük əsasında yaradılan müxalif Milli Şurada VHP-nin altı üzvü - Ali Məclisi katibi Asif Şəkərli, partiya sədrinin müavini Arif İsmayılbəyli, Nəzarət-Təftiş Komissiyasının sədri Felmar Ələkbərli, partiyanın mətbuat xidmətinin rəhbəri Anar Mahmudoğlu, Ali Məclisin sədri Rafiq Manaflı, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təmsil olunurdu.
2013-cü ilin avqustunda VHP Siyasi Şurası partiya üzvlərinin Milli Şuradan çıxması haqda qərar qəbul edib. Tövsiyə xarakterli qərardan sonra VHP-nin dörd üzvü Milli Şuradan çıxıb. S.Əsədli və R.Manaflı isə fərdi qaydada Milli Şurada qalıblar.
VHP bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar verib, Milli Şuranın isə qərarı məlum deyil.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az