“Vitse-prezidentlər nazirlər kimi yenidən təyin olunmayacaq”

“Vitse-prezidentlər nazirlər kimi yenidən təyin olunmayacaq”

"Azərbaycanda prezident seçkisindən sonra Konstitusiyaya görə yalnız Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilir. Ondan kənarda ali icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı hər hansı norma və ya tələb Konstitusiyada  nəzərdə tutulmayıb”.

Bunu "Qafqazinfo”ya açıqlamasında  deputat Zahid Oruc Nazirlər Kabinetinin istefaya göndərilməsindən sonra məsələnin vitse-prezidentlik institutuna şamil edilib edilməyəcəyi ilə bağlı yaranan suallara aydınlıq gətirərkən deyib. 

O bildirib ki, 2016- cı il referendumuna görə ölkənin idarəçilik sistemində özünə yeni olaraq yer alan vitse-prezidentlik institutu ilə bağlı belə bir qərarın verilməsinə qətiyyən ehtiyac yoxdur:

"Hesab edirəm ki, bu həm birinci vitse-prezidentə, həm də vitse-prezidentlərə aiddir. Onların təyin edilməsi səlahiyyəti ölkə prezidentinə aiddir. Çünki ali icra hakimiyyətinin vəzifədən getməsi və ya onların 7 illik  seçki dönəmindən sonra yenidən təyinatının baş verməsinə də ehtiyac yoxdur. Əlbəttə ki müxtəlif ölkələrdə fərqli məqamların olduğundan danışmaq mümkündür. Amerikada  hər iki institut seçki vasitəsilə müəyyənləşir. Amma Azərbaycanda prezident birinci vitse-prezidenti təyin edir. 

Azərbaycanda həm ölkə daxilində, həm də beynəlxalq məkanda çox böyük fəaliyyəti ilə seçilən, Azərbaycan vətəndaşlarının etibar və inamını qazanan Mehriban Əliyevanın birinci vitse-prezident olaraq fəaliyyətinin fərqindəyik. Hesab edirəm ki, bu mənada onların yenidən təyinatına ehtiyac yoxdur”.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az