Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC xəbər verir ki, Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az