Votsapa bu yenilik gəlsə, qarşı tərəfin yalanı ifşa olacaq

Votsapa bu yenilik gəlsə, qarşı tərəfin yalanı ifşa olacaq
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi Votsap iki möhtəşəm yenilik etməyə hazırlaşır.

"Hürriyet" bildirir ki, bu yeniliklərdən biri məkan bildirmə, digəri isə mesajları geri alma ilə əlaqəlidir.
Birinci yeniliyə görə, artıq mesajlaşdığınız şəxs razılıq versə, siz onun hansı məkandan mesaj yazdığını görəcəksiniz. Bu, tamamilə istifadəçinin istəyindən asılıdır. Belə ki, o, istənilən anda bu funksiyanı deaktiv edə bilər. (Belə bir xidmət bir müddət əvvəl feysbuk messencerdə də aktiv idi)
İkinci yeniliyə görə isə, səhv göndərilən mesajları geri almaq, ya da silmək mümkün olacaq. Bu funksiya barəsində məlumat uzun müddətdir ki, yayılsa da, hələ də ictimaiyyətə təqdim olunmayıb. (milli.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az