“WhatsApp” istifadəçiləri problemlə üzləşdilər

“WhatsApp” istifadəçiləri problemlə üzləşdilər

"WhatsApp” messencerinin Azərbaycan və dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problemlə üzləşiblər.

A24.Az-ın məlumatına görə, təxminən bir milyard insanın istifadə etdiyi proqramın fəaliyyətində çərşənbə günü axşam saatlarında nasazlıq yaranıb.

Bəzi istifadəçilər artıq sosial şəbəkələrdə öz narazılığını bildiriblər.

Qeyd edək ki, smartfonlar üçün nəzərdə tutulan "WhatsApp” istifadəçilər üçün fotoşəkillər, mətn, audio və videomesajlar, görüntülərin mübadiləsinə xidmət edir. Messencer 2009-ci ildə yaradılıb, 2014-ci ildə "Facebook” onu 21,8 milyard dollara alıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az