Xairici işlər nazirlərindən Dağlıq Qarabağ bəyanatı-Rusiya, ABŞ və Fransa

Xairici işlər nazirlərindən Dağlıq Qarabağ bəyanatı-Rusiya, ABŞ və Fransa

ATƏT-in Minsk qrupu üzvləri yekdilliklə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu həll olunmasının tərəfdarıdır və Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü təşkil etməyə hazırdır.

Miq.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya, ABŞ və Fransa XİN rəhbərlərinin bu gün Hamburqda qəbul etdiyi bəyanatda deyilir.

"Həmsədr ölkələr Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazırdırlar. Biz əminik ki, ən yaxın imkan daxilində bu danışıqlar baş tutmalıdır. Həmsədrlərin dəstəyi ilə baş tutan birbaşa dialoq etibarın formalaşdırılmasında və sülh prosesinin davam etdirilməsində ən vacib elementdir", - Sergey Lavrov, Con Kerri və Jan-Mark Eyronun birgə bəyanatında deyilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az