Xalq artisti ölkədən gedəcəyini dedi və ağladı

Xalq artisti ölkədən gedəcəyini dedi və ağladı

11 il kirayə evdə qalmışam. Xoşbəxtəm ki, hər şeyi zəhmətlə əldə etmişəm. Hər bir gözəl işdə zəhmət dayanır.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov "Şou ATV" verilişində deyib. "Gren card" qazanan və Amerikaya köçməyə hazırlaşan nağara ifaçısı göz yaşlarını saxlaya bilməyib. O, ailəsi ilə birlikdə ölkədən getdiyini deyib:

"O qədər naxələf insanlar gəldi-getdi həyatımdan. Nə molla, nə dindaram. Azərbaycanlıyam, müsəlmanam. Getmək elədir ki... Bu bir şansdır. İstəyir yüz ədəd "Green Card" udum... Bu, oğlumun arzusu idi. Sənədlərimiz hazırdır. Mayda ailəmlə birlikdə gedirəm.

Amma min Amerika olsa, xalqımı kənara atmaram. Məni bu xalq yetişdirdi. Beş manatı görüb qaçan, çörəyi dizində olan deyiləm. Ümidlə istəyimiz orada nağara məktəbi açmaqdır. Oğlumu getməzdən əvvəl evləndirmək istəyirəm, amma razılaşmır".

Qeyd edək ki, Natiq Şirinov təkcə Azərbaycanda deyil, dünyada da kifayət qədər tanınır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az