Xalq artistindən teatra etiraz: “Qızlarımızı əxlaqsızlığa sürükləyirlər”

Xalq artistindən teatra etiraz: “Qızlarımızı əxlaqsızlığa sürükləyirlər”
Oda Teatrı xalq artisti Ramiz Məliki məhkəməyə verir.
Vətəninfo.az-ın məlumatına görə, buna münasibət bildirən Ramiz Məlik Teleqraf.com-a bildirdi ki, lisensiyasız fəaliyyət göstərən teatrın onu məhkəməyə verməsindən narahat deyil.
Xalq artistinin sözlərinə görə, o teatrda gəncləri əxlaqsızlığa sürükləyirlər: "Qoy məhkəməyə versinlər və məhkəmədə onların bütün sifətlərini  açıb göstərəcəm. Hətta onlardan təzminat tələb edib,  şəhid  olmuş Azərbaycan əsgərlərinin ailələrinə verəcəm.  Ayaz Salayevin gənc qızları tamaşada açıq-saçıq çəkməsinin əleyhinəyəm. Onlara hətta demişəm ki, siz əxlaqsızlıqla məşğulsunuz, qzılarımızı əxlaqsızlığa sürükləyirsiniz. Bu mənim vətəndaşlıq hüququmdur. Onlar  homoseksuallardan, "mavi”lərdən tamaşa qoyub, adını da "Suriya” qoyublar. Məgər, Suriyada baş verənlərin həyatından tamaşa hazırlaya bilməzdilər? 14-15 yaşlı qızları və oğlanları "padval”a  yığıb, onlara tərbiyəsiz hərəkətlər göstərirlər.  "MimOda 18” tamaşasında da bu oyunlardan  çıxırlar. Bizim mentalitetimiz var və bura Azərbaycandır”
Qeyd edək ki, Oda Teatrının rəhbəri Elmin Bədəlov bildirib ki, R. Məlik ikinci dəfədir ki, onları təhqir edir və  bu böhtanlara görə, onu məhkəməyə verəcəklər.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az