Xalq artistinin qohumu faciəvi şəkildə öldü

Xalq artistinin qohumu faciəvi şəkildə öldü

Azərbaycanın xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızının yaxın qohumu faciəli şəkildə ölüb.

Vətəninfo.az "Report"a istinadla xəbər verir ki bu barədə Ə.Yusifqızı özü məlumat verib.

Belə ki, xalq artistinin xalası qızı Məsumə Bamşad yaşadığı evdə köməksiz vəziyyətdə dünyasını dəyişib.

Evində tək yaşayan 1946-cı il təvəllüdlü M.Bamşadın meyiti bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş FHN-in xilasediciləri mənzilin giriş qapısını açıb və onun cəsədini qohumlarına təhvil veriblər.

Ə.Yusifqızı xalası qızının bu gün dəfn edildiyini bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az