Xalq artisti Nuriyyə Əhmədovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərə onun nəvəsi Faiq (dünyasını dəyişmiş qızının oğlu) münasibət bildirib.
O, azvision.az-a açıqlamasında nənəsinin səhhətinin normal olduğunu deyib:
“Nənəm indi evdədir. Sadəcə dünən gecə qan təzyiqi qalxmışdı. Heç xəstəxanaya yerləşdirməyə ehtiyac qalmadı. Təzyiqi qalxan kimi tez üstünə düşdük. Ona görə də tez də normallaşdı. Hazırda vəziyyəti yaxşıdır, dincəlir. İnsult keçirməsi ilə bağlı yayılan xəbərlər də yalandır. Belə xəbərləri haradan çıxarırlar, bilmirəm”.
Qeyd edək ki, bu gün mətbuatda Nuriyyə Əhmədovanın insult keçirərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.
Vətəninfo.az
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO