Xarkovda uğurlu əməliyyat – Rusların sığınacaq və qərargahı darmadağın edildi

Xarkovda uğurlu əməliyyat – Rusların sığınacaq və qərargahı darmadağın edildi

Ukrayna Silahlı Qüvvələri Xarkovun bir hissəsini işğaldan azad edib. Ukrayna ordusundan sarsıdıcı zərbə alan rus qoşunları geri çəkiliblər.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, sözügedən vilayətdə aparılmış xüsusi əməliyyatla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Meşəlik ərazilərdə və küçələrdə gedən döyüşlərdə xeyli sayda rus hərbçisi zərərsizləşdirilib. Bəzilərinin isə əsir götürüldüyü bildirilib.

Rusiya qüvvələrinin sığınacaqları, kiçik istehkamları və qərargahlarının darmadağın edildiyi deyilib.

Xatırladaq ki, gün ərzində Xarkov vilayətinin atəşə tutulması nəticəsində 4 mülki şəxs həlak olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az