XƏBƏRDARLIQ - Bu şəxslər imtahana buraxılmayacaq
Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən Miq.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 22-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Bu saata olan məlumata görə, 2858 nəfər qeydiyyatdan keçib, onların 2589-u Azərbaycan bölməsi, 269-u rus bölməsidir.
Rezidenturaya qəbul olmaq istəyən namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 22-dək qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçənlərin sayı 184 nəfərdir, onların 158-ci Azərbaycan bölməsi, 26 nəfəri rus bölməsinin məzunlarıdır.
Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olub qeydiyyatdan keçməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.
Miq.az