Xəbərdarlıq etdim, Zelenski eşitmədi – Bayden

Xəbərdarlıq etdim, Zelenski eşitmədi – Bayden

Rusiyanın hücumu ilı bağlı ABŞ kəşfiyyatı əldə etdiyi məlumatı Ukraynaya bildirdi, ancaq Zelenski bu haqda eşitmək belə istəmədi.

Miq.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Los-Ancelesdəki tədbirdə çıxışında deyib.

"Bilirəm, çoxları elə düşünürdü ki, mən şişirdirəm. Ancaq mən bilirdim: bizdə məlumat vardı ki, Rusiya Prezidenti Vladimir Putin sərhədi keçməyə hazırlaşır”, - Bayden bildirib.

Bayden deyib ki, onun buna heç bir şübhəsi yox idi, ancaq çoxları, o cümlədən Zelenski bu barədə eşitmək belə istəmirdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az