Xəzər rayonunun yeni icra başçısı kimin oğludur?

Xəzər rayonunun yeni icra başçısı kimin oğludur?

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Bakı şəhəri Elşən Rövşən oğlu Salahovu Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Qaynarinfo xəbər verir ki, yeni başçı indiyədək Xəzər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb. O, Gülağa İslamovun icra başçısı vəzifəsindən çıxarılmasından sonra onun səlahiyyətlərini icra edirdi.

Elşən Salahov əvvəllər Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ilin sentyabr ayında isə başçını birinci müavini təyin olunub.

Yeni icra başçısı Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovun oğludur.

Qeyd edək ki, İlham Əliyev Gülağa İslamovu ötən ilin dekabrın 28-də işdən çıxarıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az