Xəzərdə zirehli texnika batdı: iki hərbçi öldü

Xəzərdə zirehli texnika batdı: iki hərbçi öldü
Dağıstanda zirehli texnikanın gəmidən endirilməsi zamanı iki hərbçi ölüb.

Rusiya KİV-i bu barədə məlumatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla yayıb.

Zirehli texnika Xəzər dənizində batıb və hərbçilər hadisə zamanı xilas ola bilməyiblər.

Ölən şəxslər Dağıstanın Kayakent rayonundan olan 24 yaşlı Məhəmməddin və Həştərxan vilayətindən olan 29 yaşlı Rəsuldur. Hələlik onlardan birinin cəsədi tapılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az