Xəzərdən bir nəfərin meyiti çıxarılıb – Mirvari Qəhrəmanlı

Xəzərdən bir nəfərin meyiti çıxarılıb – Mirvari Qəhrəmanlı
"Azneft” İctimai Birliyinin strukturuna daxil olan N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki butka dənizə düşüb.

Bu barədə Neftçilərin hüquqlarının müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, hadisə NQÇİ-nin 1-ci mədənindəki təzə estakadanın uçması nəticəsində baş verib:

"Budkada 10 nəfər işçi olub. Aldığım ilkin məlumata görə, bir nəfər Atbulaq kənd sakini Cavid Bəhramovun meyiti tapılıb. Qalan 9 nəfər itkin düşüb. ”

Mirvari Qəhrəmanlı qeyd edib ki, 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub:

"Nəticədə 5 nəfər həlak olmuşdu”. //AzNews.az
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az