Xırdalanda faciə: damarlarını doğrayıb özünü 8-ci mərtəbədən atdı

Xırdalanda faciə: damarlarını doğrayıb özünü 8-ci mərtəbədən atdı

Abşeronda iyulun 26-da baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.


APA-nın məlumatına görə, araşdırmalar nəticəsində "Kristal Abşeron” yaşayış kompleksində özünü 8-ci mərtəbədən ataraq intihar edən şəxsin Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Tural Ramiz oğlu Nağıyev olduğu müəyyən edilib. T. Nağıyev həmin binada kirayədə yaşayırmış. O, əvvəlcə ülgüclə damarlarınıı doğrayıb, binadan özünü aşağı atıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


***

Abşeronda intihar olub.


APA-nın məlumatına görə, hadisə rayon ərazisində "Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. Kompleksin ərazisindəki binalardan birində yaşayan 20-25 yaşlarında olan oğlan özünü 8-ci mərtəbədən ataraq intihar edib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları gəlib.

İntiharın səbəbləri araşdırılır.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az