Xüsusi təyinatlılarımız "Qafqaz qartalı"da

Xüsusi təyinatlılarımız
Azərbaycan, Türkiyə və Gürcüstan təlimə başladı

Azərbaycan hərbçiləri "Qafqaz Qartalı” təliminə qatılıb. 

Müdafiə Nazirliyindən  verilən məlumata görə, təlim Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən baş tutur.

Üç ölkənin xüsusi təyinatlı qüvvələrinin "Qafqaz Qartalı” birgə təlimi Tiflisdə keçirilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az