YAP-dan etiraz - "Rektorlar barədə hər hansı qərar yoxdu"
Növbəti parlament seçkiləri ərəfəsində hakim Yeni Azərbaycan
Partiyasının (YAP) öz namizədlərinin seçki siyahısını açıqlamağı
ləngitməsi müzakirələrə səbəb olub.
Hakim partiyanın seçki siyahısını açıqlamağı
gecikdirməsinin səbəblərindən biri idarəetmədə rəhbər olan şəxslərin, o
cümlədən rektorların deputat olmaları ilə bağlıdır. Bildirilir ki,
qarşıdakı seçkilərdə dövlət ali təhsil müəssisələrinin rektorları ilə
bağlı belə qərar verilib ki, ya deputat olmalıdırlar, ya da rektor... Yeni
Azərbaycan Partiyasının mətbuat xidməti Modern.az-ın bu gün yayımladığı
həmin məlumatı təkzib edib. Mətbuat xidmətindən bildirilib ki, YAP-ın
vahid siyahı ilə bağlı, o cümlədən rektorlar barədə hər hansı qərarı
yoxdur.
"Bu tamamilə əsassız məlumatdır”-deyə mətbuat xidmətindən bildirilib.
Modern.az